Ukrayna prezidenti Volodimir Zelenskinin “Paddington” animasiya serialında filmə adını verən baş qəhrəman oyuncaq ayı obrazını səsləndirdiyi məlum olub.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünən sosial mediada Zelenskinin 2014-cü ildə çəkilmiş “Paddington” filminin Ukrayna versiyasında oyuncaq ayı obrazını səsləndirdiyi iddia edilib.
Animasiya istehsal edən StudioCanal şirkəti The Hollywood Reporter-a xəbəri təsdiqləyib və bildirib ki, Zelenski 2017-ci ildə buraxılmış seriyanın ikinci filminin Ukrayna versiyası üçün oyuncaq ayı obrazını səsləndirib.