Yanvarın 16-da Moskvada qətlə yetirilən “Ded Xasan” ləqəbli məşhur avtoritet Aslan Usoyan bu gün dəfn edilib. Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Aslan Usoyan Hovanski qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Usoyanın ailə üzvlər və yaxınları ilə yanaşı kriminal aləmin tanınmış simaları da iştirak edib. Dəfn zamanı qəbristanlıqda güclü təhlükəsizlik tədbirləri görülüb. Mətbuat nümayəndələri Usoyanın dəfn mərasiminə buraxılmayıb. Rus mətbuatının yazdığına görə, “Ded Xasan”ın dəfnində dünyanın bir çox yerlərindən olan avtoritetlər də iştirak ediblər.
Qeyd edək ki, “Ded Xasan” yanvarın 16-da Moskvada sui-qəsd nəticəsində qətlə yetirilib.
Anar