Modern.az

Uşaqlara ən çox verilən adlar - SİYAHI

Uşaqlara ən çox verilən adlar - SİYAHI

1 Mart 2022, 11:46

“Azərbaycanda doğulan oğlan və qızlara ən çox Əli, Yusif və Zəhra və Zeynəb adları verilib”. 

 

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.

 

O, 2021 və 2022-ci ilin ilk iki ayı ərzində doğulan uşaqlara verilmiş adları üzrə ilk beşliyi açıqlayıb:


“2021-ci ildə doğulan oğlan uşaqlarına ən çox Əli, Yusif, Uğur, Hüseyn və Məhəmməd adları verilib. 2022-ci ilin ilk iki ayı ərzində isə oğlanlara verilən adlar üzrə ilk beşlik belədir:  Yusif, Əli, Uğur, Hüseyn, Məhəmməd. 
Qeyd edilən dövr ərzində doğulmuş qız uşaqlarına isə Zeynəb, Məryəm, Fatimə, Zəhra adları daha çox verilib”.

2021 - ci ildə doğulan qız uşaqlarına ən çox Zəhra, Zeynəb, Aylin, Məryəm, Fatimə adı qoyulub. 2022-ci ilin ilk 2 ayı ərzində isə Zəhra, Zeynəb, Məryəm, Fatimə adları üstünlük təşkil edib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı