Modern.az

Ukraynada öldürülən azərbaycanlıların cəsədi hələ də meyitxanadadır

Ukraynada öldürülən azərbaycanlıların cəsədi hələ də meyitxanadadır

2 Mart 2022, 10:37

Xəbər verdiyimiz kimi Ukraynanın Odessa şəhərində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutmuşdu. Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib. Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.

 

Təkəqaya kəndinin bələdiyyə nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, ölənlərin cəsədləri hələ də Ukraynadakı meyitxanadadır:

 

“Yaralıların vəziyyəti hazırda yaxşıdır. Cəsədlər də hələ ki "morq"dadır. Prokurorluq iki gün vaxt verib ki, lazımi sənədlər toplanılsın. Əgər sənəd işi həll olunsa, sabah üçün gətirilməlidirlər. Vəfat edənlərin və yaralıların yaxınları da Ukraynadadırlar. Mən dünən axşamüstü ölənlərin yaxınları ilə danışmışam, məlumatları onlar söyləyib”.


Qeyd edək ki, Odessada həlak olmuş azərbaycanlılar İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğludur.

Yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi