Modern.az

Rumıniyadan təxliyə uçuşunun vaxtı DƏYİŞDİ

Rumıniyadan təxliyə uçuşunun vaxtı DƏYİŞDİ

Aktual

2 Mart 2022, 21:49

“Yassı beynəlxalq hava limanının texniki səbəblərdən bağlanması ilə əlaqədar, AZAL-ın Rumıniyadan növbəti təxliyə reysinin uçuşu sabaha - 3 mart tarixinə, yerli vaxtla səhər saat 11:00-a keçirilib (Bakı vaxtı ilə saat 13:00)”. 

 

Bu barədə Modern.az-a AZAL-dan məlumat verilib.

 

“Həmvətənlərimizin daşınmasını həyata keçirən AZAL-ın təxliyə reysinin Bakıya gəlişi yerli vaxtla saat 16:00-da nəzərdə tutulmuşdur. 

 

Bütün sərnişinlərdən aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində və kütləvi informasiya vasitələrində reyslər barədə ən son məlumatları izləmələrini xahiş edirik”, - məlumatda deyilir.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək. Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi