Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəlib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat yayıb.
O qeyd edib ki, görüşdə gözlənilən əsas nəticələr əldə olunmayıb.
“Tərəflər müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər”, - deyə Podolyak bildirib.
***
19:04
Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb.
Modern.az xəbər verir ki, danışıqlar Belarusda aparılır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyini açıqlayıb.
Podolyak “Twitter” hesabında etdiyi paylaşımında Ukrayna tərəfinin görüşlə bağlı gündəliyində üç istiqamətin olduğunu qeyd edib. O bildirib ki, bunlar döyüşlərin dərhal dayandırılması, atəşkəs razılaşması və dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır.
***
18:00
Ukrayna nümayəndə heyəti Belarusda Rusiya təmsilçiləri ilə danışıqların keçiriləcəyi əraziyə çatıb.
Modern.az xəbər verir ki, Ukrayna rəsmiləri Belovejə helikopterlə gəlib. Bir qədər sonra danışıqların başlanacağı gözlənilir.
Qeyd edək ki, tərəflər arasında ilk görüş fevralın 28-də Belarusun Qomel şəhərində baş tutub.