Modern.az

Rusiya Ukraynada sükut rejimi elan etdi

Rusiya Ukraynada sükut rejimi elan etdi

7 Mart 2022, 09:36

Rusiya növbəti dəfə Ukrayna ərazisində sükut rejimi elan edir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

 

Məlumata əsasən, sükut rejimi yerli vaxtla saat 09:00-da (Bakı vaxtilə 11:00) tətbiq olunacaq.

 

Eyni zamanda Kiyev, Mariupol, Xarkov və Sumı şəhərlərindən dinc sakinlərin çıxarılması üçün humanitar dəhlizlərin açılması nəzərdə tutulur.

 

Qeyd edək ki, martın 5-də Rusiya tərəfii Ukraynada sükut rejiminin tətbiq olunduğunu və humanitar dəhlizlərin açıldığını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı