Modern.az

Qostomel şəhərinin başçısı ÖLDÜRÜLDÜ

Qostomel şəhərinin başçısı ÖLDÜRÜLDÜ

7 Mart 2022, 11:28

Rusiya hərbçilərinin Kiyevin ətrafını atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin başçısı Yuri Prilipko həlak olub.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Qostomel Şəhər Şurası məlumat yayıb.

 

Bildirilib ki, mövcud şəraitə görə onun dəfninə heç kim dəvət olunmayıb.

 

Məlumata görə, Yuri Prilipko ilə yanaşı Ruslan Karpenko və İvan Zarey də güllələniblər.

 

Qeyd edək ki, Qostomel Kiyev vilayətinin Buçanks rayonunun şəhərtipli qəsəbədir. 2022-ci il martın 6-da Ukrayna Prezidenti Volodimir Zelenskinin sərəncamına əsasən “Qəhrəman şəhər” fəxri adına layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir