Ukrayna ilə müharibə səbəbindən Rusiyadan bir çox ölkələrə, o cümlədən Azərbaycana uçuşlar ikitərəfli ləğv olunub. Qadağa Rusiyaya qazanc dalınca gedən müğənnilərimizdən də yan keçməyib.
Bəs ləğv olunan uçuşlar müğənnilərinin cibinə necə təsir edir?
Modern.az-ın əməkdaşı daha çox Rusiyaya toylara gedən müğənnilər arasında sorğu keçirib.
Müğənni Mənzurə Musayeva bu ay üçün Rusiyada toy sifarişi almayıb:
“Rusiyada toylarımız dekabr, yanvar aylarında olub. Fevral ayında heç bir toyumuz yox idi. Martın 21-ə Xarkovda toy danışmışdıq, ancaq müharibə səbəbindən təxirə düşdü”.
Əməkdar artist Vasif Məhərrəmli Rusiyaya hələ də toylara getdiyini söyləyib:
“Bu yaxınlarda toy var idi Rusiyada, getdim iştirak etdim. Elə səfərdən də dünən axşam qayıtmışam. Danışdığım heç bir toy təxirə düşməyib.”
Tanınmış müğənni Təranə Qumral deyib ki, koronavirus başlayan müddətdən xaricə toylara getmir:
“Xəstəliklərlə bağlı xarici ölkələrdən toy sifarişi qəbul etməmişəm. Dünya düzəlməyənədək toylarla bağlı uçuş etməyəcəm".
Müğənni Nüşabə Ələsgərli söyləyib ki, Rusiyada oxumaq üçün heç bir toy danışmayıb:
“Heç bir toy təxirə düşməyib. Bu ay orda oxumaq üçün toy sifarişi götürməmişdim”.
Özünü həddindən artıq səviyyəli hesab edən müğənni Mətanət Əsədova isə sualımızı bəyənməyərək, "daha səviyyəli sual" verin deyib.