Modern.az

Zelenski Qərbi Ukraynaya döyüş təyyarələrini tez verməyə çağırıb

Zelenski Qərbi Ukraynaya döyüş təyyarələrini tez verməyə çağırıb

Aktual

9 Mart 2022, 15:32

Prezident Vladimir Zelenski Qərbi Ukraynaya mümkün qədər tez döyüş təyyarələrinin verilməsi məsələsini həll etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, o bu barədə Telegram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.

 

"14 günlük genişmiqyaslı amansız müharibə, xalqımıza qarşı terror, şəhərlərin dağıdılması, bütöv bölgələrin blokadası, davamlı bombardmanlar. 14 gündür həyati qərarın verilməsi gecikir. Dostlarımıza kömək etmək lazım gəlsəydi, biz dərhal belə bir qərarı verərdik. Ukrayna Rusiya işğalının ilk günündən öz tərəfdaşlarına təkrarlayır: əgər səmanı bağlamasanız, bu fəlakətə, genişmiqyaslı humanitar fəlakətə görə siz məsuliyyət daşıyacaqsınız”, - deyə Zelenski vurğulayıb.

 

O qeyd edib ki, Rusiya mülki əhaliyə, şəhərlərə və infrastruktura qarşı raketlər, təyyarələr və helikopterlərdən istifadə edir.

 

"Cavab vermək dünyanın humanitar borcudur. Amma həll yolu yoxdur. Biz alternativ varianta - Ukraynaya döyüş təyyarələri verməyə hazır olduğuna görə Polşaya minnətdarıq",  - prezident bildirib.

 

O vurğulayıb ki, bu məsələ dərhal həll edilməlidir.

 

"Polşanın təyyarələrin müvafiq bazaya, Amerika bazasına köçürülməsi ilə bağlı rəsmi qərarı var. Biz də mediadan oxumuşuq ki, Amerika tərəfi ilə Polşa arasında razılıq əldə olunub. Lakin eyni zamanda eşidirik ki, Polşa guya ağılsız təklif verib. Və bunu Vaşinqtonda deyirlər. Biz də bunu oxuduq, gördük. Bəs nə vaxt qərar olacaq? Qulaq asın: biz bir daha xahiş edirik: bunu tez həll edin, bizə təyyarələr göndərin!” – deyə Zelenski Qərbə çağırış edib.

 

Daha əvvəl xəbər verildiyi kimi, Ukrayna hakimiyyəti beynəlxalq tərəfdaşlardan Ukrayna üzərində uçuşa qadağa qoyulmasını və Silahlı Qüvvələri qırıcı təyyarələrlə təmin etməyi xahiş edib.

 

ABŞ və NATO Ukrayna hava məkanında uçuşa qadağa zonası tətbiq etməkdən imtina edir.


Martın 8-də Polşa Xarici İşlər Nazirliyi Ukraynanın tələb etdiyi bütün MiQ-29 qırıcılarını dərhal və pulsuz olaraq ABŞ-a təhvil verməyə hazır olduğunu açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır