Modern.az

Azərbaycanın İT mühiti üçün ÇAĞIRIŞ

Azərbaycanın İT mühiti üçün ÇAĞIRIŞ

9 Mart 2022, 16:28

Son bir-iki ildə regionda üç ölkənin İT bazarında ciddi çaxnaşmalar olub.

 

Modern.az xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz sosial şəbəkə hesbaında bildirib.



O qeyd edib ki, proses hələ də davam edir, regionda İT sektorda böyük miqrasiya proseslərinə start verilib:

 

"Ötən bir-iki ildə Belarusda yaranmış siyasi mühit, iqtisadi azadlıqların məhdudlaşdırılması, İT şirkətlərə olan basqılarla bağlı  xeyli sayda İT şirkətlər, İT müxətəssislər Belarusu tərk edərək  Ukrayna, Polşa və digər ölkələrə köç ediblər. Belarusun 70 000 İT müətəxəssisi vardı. İT sahəsində ixrac 4 milyad dollardan çox idi".


Mütəxəssis vurğulayıb ki, hazırda Rusiyanın 500 000-dən çox İT mütəxəssisi Ukraynaya təcavüzlə bağlı texnoloji sanksiyalar ucbatından işsiz qalmaq təhlükəsi ilə üzləşiblər:

"Bu ölkədəki bütün qlobal İT şirkətlər fəaliyyətini dayandırıb. Hazırda on minlərlə İT müəxəssislər, İT şirkətlər Ermənistan, Gürcüstan, Dubay, Mərkəzi Asiya ölkələrinə  köç etməyə maraq göstərirlər və müxtəlif yollarla ölkəni tərk etməyə başlayıblar.

Ukraynada isə müharibədən öncə 250 000 İT müətəxəssis vardı. Hazırda onların bir çoxu Ukraynanın qərbinə sığınıblar.  Bir çoxları da ya kiber müharibədə, yaxud da klaviaturanı  Javelin və ya NLAW-la əvəz edərək, silaha sarılıb Rusiyaya qarşı vuruşurlar".


O. Gündüz güman edir ki, bu ölkədəki bəzi İT şirkətləri Polşa, Avropa və Baltikyanı ölkələrə maraq göstərəcəklər:

 

"Bu ölkələrdə İT məhsul ixracı 7 milyard  dollar idi. MDB məkanında yaxın perspektivdə bir milyonadək İT mütxəssisin miqrasiyası gözlənilir.

Azərbaycan üçün bu proseslərdə  hansı gözləntilər var, baş verənlərdə bizim milli maraqlarımza təhdidlər varmı? Biz bu proseslərdən necə fayda götürə bilərik?

Düşünürəm ki, bu suallar hökuməti ciddi olaraq düşündürməlidir. Hələlik mənim diqqətimi cəlb edən odur ki, Rusiyadakı İT mütəxəssislərin və İT şirkətlərin böyük bir hissəsi Gürcüstan və Ermənsitana üz tutub.

Fikrimcə, qlobal şirkətlərdə təcrübə qazanan, uzun illər təcrübə toplamış peşəkar İT mütəxəssislərin adı çəkilən bu ölkələrdə məskunlaşması, orada dəyər formalaşdırması İT mühitini hədsiz yaxşılaşdıracaq. Ən yaxın müddətdə bu ölkələrin İT ixracı milyardlarla ölçüləcək, büdcələrinə xeyli vəsait gələcək.

Ən təhlükəlisi isə odur ki, Gürcüstan və Ermənsitan Rusiya üçün İT sahəsində bir HUB-a çevrilə bilər. Düşünürəm ki, bütün bunlar bizim üçün, çox ciddi siqnaldır. Adiyyatı qurumlar bunun fərqində olmalıdır".


Onun sözlərinə görə, eyni zamanda təcili olaraq bu məsələlərlə məşğul olan xüsusi komissiya, əlaqələndirici qurum  yaratmalıyıq:

"Bu qurum Ukraynadan, Rusiyadan, Belarusdan köç edən qlobal  İT şirkətlərin, həmçinin miqrasiya təhlükəsi ilə üzləşən yüz minlərlə  İT mütəxəssilərin və şirkətlərin ölkəmizə gəlişi üçün şərtləri, kvotaları hazırlamalıdır.
Bu məqsədlə təcili olaraq ölkənin biznes mühitinin, vergi mühitinin, ödəniş mühitinin liberallaşmasını gücləndirmək lazımdır. Ciddi, cəlbedici güzəştlər hazırlanmalıdır.

Qlobal ödəniş sistemləri, PayPal, Stripe və s. ölkəmizə dəvət olunmalıdır, onlara şərait yaradılmalıdır.

Fikrimcə, müəyyən şərait formalaşdıqdan, kvotalar və tələblər müəyyənləşdikdən sonra  hökumət, adını çəkdiyim əlaqələndirici qurum qlobal İT şirkətlərin, miqrasiyaya məruz qalan İT mütəxəssislərin ölkəmizə dəvət edilməsi üçün müraciətlər qəbul etməlidir".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi