Ukraynada 3 minə yaxın yeni doğulmuş körpə dərman və qidadan məhrumdur.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba deyib.
Nazir qeyd edib ki, Rusiya Mariupolda 400 mindən çox insanı girov saxlamağa davam edir.
"Mən dünyanı hərəkətə keçməyə çağırıram! Rusiyanı dinc əhaliyə və körpələrə qarşı vəhşi müharibəsini dayandırmağa məcbur edin", - deyə nazir bildirib.