Qəbələ rayonu ərazisində Aytac Əliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Rüfanə Nəbiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Belə ki, R. Nəbiyeva Cinayət Məcəlləsinin 29, 144.2.3 (adam oğurluğuna cəhd - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndilib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.