Son dövrlərdə dünyada baş verən bir çox qlobal proseslər, xüsusən, ekoloji problemlər, pandemiya və müharibələr göstərir ki, dünya bu vəziyyətlə davam edə bilmir, dəyişikliyə, yeni dünya düzəninin yaranmasına ehtiyac var. Tarixi təcrübə göstərdi ki, dünya əvvəl çoxqütblü (Osmanlı, Britaniya, Rusiya, Fransa, Almanya, Yaponya və s. imperiyalar), sonra ikiqütblü (sosilist və kapitalist düşərgələri), daha sonra təqkqütblü (ABŞ mərkəzli dünya) mərhələləri keçdi və heç biri özünü doğrultmadı. Qütbləşmə, yəni, hərbi, siyasi, iqtisadi və digər əlaqələrlə sıx birlışmə, tək mərkəzdən idarə olunma və özünü ətrafdan tədric etmə düzəni yaşamadı, müharibələrə gətirib çıxardı. Ona görə də yeni düzənə ehtiyac var. Yeni dünya düzəni necə olmalıdır? Özəlliklə də süni intellektin başlandığı və sürətlə inkişaf etdiyi bir çağda hansı düzən bərqərar ola bilər və yaşaya bilər?. Buna cavab vermək çox çətin görünəsə də, sadədir. Kainatda bildiyimiz və gördüyümüz ən mükəmməl sistem canlı orqanizmlərdir. Bu əsas verir ki, dünyanın düzəni də canlı varlığın sisteminə uyğunlaşdırmaq laımdır. Çanlı orqanizm hüceyrələrdən, orqanlardan və sistemlərdən təşkil olunur. Hüceyrələr bir araya gələrək orqanları təşkil edir, orqanlar bir araya gələrək sistemləri təşkil edir. Sisetemlər bir-biri ilə sıx əlaqəlidir və heç biri digərindən “üstün” deyil. Bir orqan bir neçə sistemin daxilində yer ala bilir. Məsələn, bağırsaqlar qidaların mənimsənilməsində iştirak edərək həzm sistemində yer alır, limfoid toxuması olduğu üçün qoruma (immun) sistemində yer alır, hormon ifraz edə bilən hüceyrələri olduğu üçün endokrin sitemdə yer alır. Digər misal, böyrək artıq və zərərli maddələri vücuddan çıxardığı üçün ifrazat sistemində yer almaqla yanaşı, qanyaradıcı maddə (eritropoetin) ifraz edə bildiyi üçün qanyaratmanı tənzim edən sistemdə, renin və angiotenzim sintez etdiyi üçün təzyiqi tənzimləyən sistemdə yer alır. Yəni hər bir orqan bir neçə sistemdə yer alaraq orqanizmin bütövlüyünü təmin edir və daxili stabilliyini qoruyur. Buna təbabətdə “homeostaz” deyilir. Hər hansı bir orqanda zədəlnmə baş verərsə bütün orqanizm səfərbər olur, onu əvəz etməyə, bərpa etməyə və qorumağa çalışır (sağqalma və sağaltma prosesləri) və stabilliyi təmin edir. Buna təbəbətdə stress reaksiyası deyilir. Əgər xəstə orqan bərpa olunmursa bütövlükdə orqanizm çökür. Canlı orqanizmlərin digər mühüm xüsusiyyətləri özlərini yeniləməsi və adaptasiyadır.
Çoxsistemliliyə müasir siyasətdə çoxmərkəzli sistem də deyilir. Bu o deməkdir ki, dünyada çoxlu və müxtəlif təyinatlı mərkəzlər yaranacaq. Məsələn, elmi, hərbi, iqtisadi, siyasi, energetik, tibbi, texnoloji, ərzaq və s. Bir ölkə bir neçə mərkəzin daxilində oacaq. Beləliklə, bütövlülük və qarşılıqlı asılılıq yaranacaq və artacaq.
Biz buna doğru gedirik! Qütbləşmədən çoxmərkəzli dünyaya doğru! Buna hazırlaşmaq lazımdır! Bunun üçün dəyişmək, adaptasiya etmək gərəkir. Təbiətdə olduğu kimi adaptasiya potensialı güclü olanlar dəyişir və yaşayır, dəyişməyənlər isə məhv olur. Bu adaptasiyada qazanılması vacib olan iki mütləq cəhətdən biri biri xoşgörü (tolerantlıq), digəri isə əməkdaşlıqdır.
Nuru Bayramov
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri,
AMEA müxbir üzvü, professor