Modern.az

Amerikanın, Rusiyanın, İngiltərənin şəkli...

Aktual

11 Mart 2022, 10:32

Elşad Eyvazlı
 

Bu şəkillərə sadəcə baxıb keçməyin, bu şəkillər hamımızın şəklidir, bizim uşaqlığın və bizim uşaqların şəklidi, indiki dünyanın şəklidi...
 

Amerikanın şəklidi, Rusiyanın şəklidi, İngiltərənin şəklidi...
 

XXI əsr – bir vaxtlar hamımız ümidimizi Sənə dikmişdik. Qarşıya bir çətinlik çıxanda, bir pislik görəndə səndən danışırdıq. Sənə gələcəyik, pisliklər geridə qalacaq, düşünürdük.

Düşünürdük ki, səndə qurd quzu ilə otlaycaq, hamı xoşbəxt yaşayacaq. Daha nələr, daha nələr...

Düşünürdük ki, hər yerdə hakim insani dəyərlər olacaq. Ölüm, itim uzaq duracaq, nahaq qan axıdılmayacaq, uşaqlar ancaq güləcəklər, nəvaziş görəcəklər, adamlar ancaq sevib seviləcəklər, ölüm ancaq əcəllə gələcək.
 

Sən demə bunlar hamısı röya imiş, uydyrduğumuz və heç vaxt gerçək olmaycaq arzular imiş...

Boş-boş arzular...
 

Nə yazıqlar ki, indi biz nəinki feodalizm, hətta ibtidai icma və quldarlıq quruluşundakı insanların davranışlarını, vəhşiliklərini görürük, yaşayırıq...
 

Sən demə, fərqi yoxdur insan piyada getsin, at minsin, avtomobil sürsün, təyyarə ilə uçsun, yaxud elə özü uçsun, lüt gəzsin, xəz geyinsin, ya da başqa bir şey, dəyişən texnologiyadır, insan təfəkkürü əvvəlkidir, tamahı əvvəlkidir, xisləti əvvəlkidir.
 

Hətta texnoloji inkişaf insanları daha qəddar edirmiş...
 

Baxın, bu uşaqlara, Azərbaycan, Suriya, Ukrayna uşaqları...
 

Bunları anaları hansı hisslərlə dünyaya gətirmişdilər, o analar bunların gələcəyini necə xoşbəxr görürdülər...
 

Baxın, təsəvvür edin...
 

Sonuc isə çox kədərlidir...
 

Bu şəkillərə sadəcə baxıb keçməyin, bu şəkillər hamımızın şəklidir, bizim uşaqlığın və bizim uşaqların şəklidir, indiki dünyanın şəklidir...
 

Amerikanın şəklidir, Rusiyanın şəklidir, İngiltərənin şəklidir.
 

Lənətlənmiş dünyamıza bir də baxın...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir