Modern.az

Bakıdan uçan təyyarə Ankaraya məcburi eniş edib

Bakıdan uçan təyyarə Ankaraya məcburi eniş edib

11 Mart 2022, 12:20

Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

 

Bu barədə Modern.az-a "Buta Airways”dən məlumat verilib.

 

Bu səbəbdən "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa beynəlxalq hava limanında (ESB) enməyə qərar verib.

 

Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib. Sabiha Gökçen aeroportu icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi