Tanınmış jurnalist Rəşad Cəfərovun övladı dünyanın çox nüfuzlu tədris ocaqlarınan sayılan UWC - Beynəlxalq Dünya Kollecində tam təqaüdlə təhsil almaq imkanı qazanıb.
Modern.az xəbər verir ki, bu barədə R. Cəfərov özü məlumat yayıb.
"UWC-dən (Beynəlxalq Dünya Kolleci) oğlum Nihadla bağlı email aldıq. Demək olar ki, tam təqaüdlə (təhsil haqqı, gediş-gəliş biletləri və s. xərclər) 2 illik təhsil təklif olundu. Qeyd edim ki, Nihadın təhsil alacağı UWC INDIA MAHINDRA COLLEC-də təhsil haqqı 70 000 dollardır. 88 ölkədən 240 tələbə təhsil alır.
Nihad, səninlə qürur duyuram!".