Modern.az

Ukraynada azərbaycanlı əsgər həlak olub

Ukraynada azərbaycanlı əsgər həlak olub

12 Mart 2022, 16:50

Ukraynada daha bir azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Əliyev Raqif Vaqif oğlu isə ağır yaralanıb.

 

Onların hər ikisi Ukrayna vətəndaşlarıdır. Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib. Yaralı həmvətənlimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir