Modern.az

İlaxır çərşənbə Bakıda geniş keçirilməyəcək

İlaxır çərşənbə Bakıda geniş keçirilməyəcək

14 Mart 2022, 12:14

Martın 15-i Azərbaycanda "İlaxır çərşənbə"dir. Ardıcıl olaraq gələn "Su", "Od" və "Yel" çərşənbələrindən sonra sonuncu - "Torpaq çərşənbəsi" qeyd ediləcək.


Modern.az-a daxil olan məlumata görə, hər il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən (BŞİH) böyük təntənə ilə keçirilən, 3 ildir təxirə salınan bayram tədbiləri bu il də pandemiya səbəbilə geniş qeyd olunmayacaq. 


Bildirilib ki, pandemiya dövründə kütləvi tədbilərin keçirilməsilə bağlı qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.

İndiyədək quruma bayram tədbirlərinin təşkili, o cümlədən, atəşfəşanlıqla bağlı hər hansı göstəriş verilməyib. O cümlədən, sabah İlaxır çərşənbə olmasına baxmayaraq, "İçərişəhər" - "Qoşa Qala Qapıları"nda hər hansı hazırlıq görülməyib.


Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində şəhərin bəzədilməsi, “İçərişəhər”dən, “Qız qalası”ndan başlayan tədbir Dənizkənarı bulvara qədər uzanırdı. Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin bir sıra rəsmilər iştirak edirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi