Modern.az

İranda daha 114 nəfər virusdan öldü

İranda daha 114 nəfər virusdan öldü

Aktual

14 Mart 2022, 16:00

İranda ötən sutka ərzində 3 813 nəfər koronavirusa (COVID-19) yoluxub, 114 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib.

 

Bununla da İranda virusdan ölənlərin sayı 139 063 nəfərə, yoluxanların sayı isə 7 126 906 nəfərə çatıb. Virus daşıyıcılarından 2 871 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 6 785 933 nəfər koronavirusdan sağalıb, 48,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda 145 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 25,2 milyon təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi