Rusiyanın “Pervıy” telekanalının “Vremya” verilişində baş vermiş insidentlə bağlı araşdırma aparılır.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, martın 14-də “Vremya” proqramının əməkdaşı diktor Yekaterina Andreyeva canlı yayımda xəbərləri oxuyarkən, kanalın əməkdaşı efirdə müharibə əleyhinə plakat açaraq, Rusiyanın Ukraynada xüsusi əməliyyatına qarşı etiraz edib.
Hazırda televiziya kanalında xidməti araşdırma aparılır.
Rusiya mediasının yaydığı məlumata görə, efirdə müharibə əleyhinə etiraz edən şəxs kanalın redaktoru Marina Ovsyannikovadır. O, məlum insident səbəbindən saxlanılıb.