Rusiyanın “Aeroflot” aviaşirkəti martın 21-dən Moskva şəhərindən Bakıya müntəzəm uçuşlara başlayır.
Modern.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, “Sukhoi SuperJet 100” tipli təyyarələrlə hər gün reys həyata keçiriləcək. Uçuşlar üçün qurumun saytı, mobil tətbiqi vasitəsilə, habelə çağrı mərkəzinə zəng etməklə bilet almaq mümkündür.