Modern.az

İntiqam Babayev yeni vəzifəyə təyin edildi

İntiqam Babayev yeni vəzifəyə təyin edildi

15 Mart 2022, 15:29

Gənclər və idman nazirinin sabiq müavini İntiqam Babayev yeni vəzifəyə təyin edilib.


Modern.az  xəbər verir ki, APA-nın məlumatına görə, İntiqam Babayev Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri təyin edilib.


İntiqam Babayev  22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.
1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
2000-ci ildən 2021-ci ilin noyabrına kimi gənclər və idman nazirinin müavini vəzifəsində işləy

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI