Modern.az

Qarabağa qayıdış üçün ciddi işlər görülüb

Qarabağa qayıdış üçün ciddi işlər görülüb

Aktual

15 Mart 2022, 16:56

"İşğaldan azad olunmuş ərazilərlə bağlı ciddi işlər görülüb". 

 

Modern.az xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Baş nazir bildirib ki, Qarabağda 16 layihə üzrə 1500 kilometr yol çəkilib: 

 

"Qarabağın dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin ora qaytarılması üçün addımlar atılır. Qarabağ sakinləri öz torpaqlarına qayıtmaq istəyirlər, uzun illər bunu arzu ediblər.  
Bütün rayonlara eyni yanaşma ilə baxırıq. Ola bilər, hansısa rayonla bağlı texniki cəhətdən rəqəmlərdə fərqlilik var. Amma bizim hər bir bölgəmizə yanaşmamız eynidir".

 

Ə.Əsədov deyib ki, deputatların müraciətlərinə, suallarına yazılı cavab verəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu