Modern.az

Rusiya səhv olsa da, geri çəkilə bilməz - ŞƏRH

Rusiya səhv olsa da, geri çəkilə bilməz - ŞƏRH

Aktual

17 Mart 2022, 16:22

“Rusiya-Ukrayna münasibətlərinin bugünkü vəziyyətə gəlib çıxması Qərbin oyunlarının nəticəsidir. Həmçinin, Co Baydenin ABŞ prezidenti seçilmədən öncə verdiyi vədlər indiki vəziyyətə səbəb oldu. Yəni Baydenin dünya çoxqütblü yox, bir qütblü olacaq deməsi Rusiyaya qarşı ikinci dəfə soyuq müharibənin açılması demək idi”.  

 

Bu sözləri Modern.az-a açıqlamasında politoloq Ramiya Məmmədova deyib. Onun sözlərinə görə, Baydenin hakimiyyətə gəlməsi ilə nə vaxtsa belə münaqişənin olacağı məlum idi:

 

“Ukrayna illərdir ki, Qərb tərəfindən hazırlanırdı. Çünki Krımın ilhaqı, Donbassda Luqansk və Donetsk ərazilərinin Rusiya tərəfindən tutulması onsuz da nə vaxtsa partlayışa səbəb olacaqdı. Ukraynada yeni bir simanın, Volodimir Zelenskinin hakimiyyətə gəlməsi iki hadisədən birinin baş verməsinə səbəb olacaqdı. Ya Krım və Luqansk, Donetsk əraziləri tanınmalı idi, ya da məsələ böyüməli idi. Təbii ki, məsələ böyüməyə başladı. NATO Rusiyaya tərəf gəldikcə ona reaksiya verməli idi”.

 

Politoloq hesab edir ki, indiki şəraitdə müharibənin tezliklə başa çatacağını demək doğru olmaz:

 

“Bu gün heç kim müharibənin bir həftəyə bitəcəyini deyə bilməz. Bu gülünc çıxar, çünki ora gələn rus əsgərlərinin heç 1 həftəyə çıxması da mümkün deyil. O ki qaldı danışıqlara, artıq dünən-sırağagün 4-cü mərhələ idi. Bu görüşdə orta yol kimi NATO-ya üzv olmamaq məsələsi göstərildi. Ancaq hamı bilir ki, onsuz da Qərb Ukraynanı nə NATO-ya, nə də Avropa Birliyinə qəbul edəcək. Bunu ukraynalıların özləri başa düşməlidir. Müharibənin tamamilə başa çatması Ukraynadan asılıdır. Bu gün Amerika istəsəydi, NATO ordusunu gətirib orada yerləşdirərdi, ancaq bu ona lazım deyil. Çünki bu addım üçüncü dünya savaşına səbəb ola bilər. Amerika və Qərb Ukraynada yalnız silah yardımı edir ki, onların yerinə muzdlular gəlib döyüşsün. Bu, əslində Ukraynanın çökməsinə gətirəcək. Çünki Ukrayna üçün nə qədər maddi yardım göndərilsə də, müharibədən sonra yenidənqurma xeyli zaman alacaq. Ukraynanın ən böyük səhvi Qərbə güvənib nəsə addım atmaqdır”.

 

 

Bundan əlavə, politoloq savaşın hansı halda dayandırıla biləcəyindən söz açıb:

 

“Ukrayna atəşkəsin olmasını istəyirsə, özü bunun üçün yol xəritəsi çəkməlidir. Ukrayna NATO üzvlüyündən tamamilə əl çəkməlidir. Eyni zamanda Avropa Birliyinə qoşulmayacağını bəyan etməlidir. Onsuz da Ukraynanı qəbul etməyəcklər. Bundan sonra Rusiya ilə oturub Luqansk və Donetsklə bağlı məsələni müzakirə etməlidir. Burada Rusiyanın təhlükəsizliyinin qorunması Rusiya üçün çox vacibdir. Ukrayna bunun qarantını verməlidir. Əks halda Rusiya geri çəkilməyəcək”.

 

“Artıq Rusiya səhv addım belə atsa, geri çəkilə bilməz. Çünki Rusiya geri addım atsa, prestiji sıfıra bərabər olacaq. Sanksiyalara onsuz da Rusiyanı geri salacaq. Amma nüvə silahına malik olan bir ölkənin geri çəkilib, imicinin sıfıra bərabər olması yolverilməzdir. Rusiya heç vaxt buna getməyəcək. Ona görə də Ukrayna müharibəsinin nə vaxt bitəcəyini demək mümkün deyil. Türkiyə, Belarus, ABŞ, hətta Avropa Birliyi üçüncü tərəf kimi araya girib, atəşkəs vəziyyətinin yaranmasına səbəb ola bilər. Bundan sonra torpaq bütünlüyünün tanınması, ardınca sülh sazişi imzalana bilər. Ancaq ABŞ qarşısına konkret olaraq Ukraynadan istifadə edərək Rusiyaya ilə müharibə aparmağı məqsəd qoyub”, - deyə politoloq gözləntilərini açıqlayıb.

 

Onun sözlərinə görə, Ukraynada yaşanan hadisələr yalnız Rusiya prezidenti Vladimir Putinin məsələsi deyil:

 

“İndi bir məsələ də var ki, hamı Putinin adını çəkir, Putin Rusiyası ifadəsindən istifadə edirlər. Amma burada təkcə Putindən söhbət getmir. Söhbət Rusiyanın özünün dünya çapında siyasətindən gedir. Dünya hazırda çoxqütblülyə ayaq qoyub. Bir tərəfdə Çin, bir tərəfdə İngiltərə, digər tərəfdə ABŞ və Rusiya var. Bu çoxqütblülük arasında Rusiya özünün nüfuzunu sıfıra endirib aradan çıxa bilməz. Ona görə də Rusiya tam məhv olmamaq üçün nüfuzunu qorumalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər