Modern.az

18 gündə 358 zəhərlənmə - 4 ÖLÜM

18 gündə 358 zəhərlənmə - 4 ÖLÜM

18 Mart 2022, 15:48

Mart ayının 1-dən bugünədək Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 358 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə, onlardan 63-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Qəbul olan xəstələrdən 25-i dərmandan, 14-ü sirkə turşusundan, 5-i dəm qazından, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 3-ü anaflaksiya səbəbindən, 4-ü allergik reaksiyadan, 8-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 34-ü qadın, 24-ü kişi, 5-i uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 63 nəfərdən 4-ü (2 nəfər sirkə turşusundan, 1 nəfər etil spirtindən, 1 nəfər anaflaksiya səbəbindən) dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi