Bu gün yağıntılı hava şəraiti ilə əlaqədar Masallı rayonunun Təzə Alvadı kəndi Alvadı çayının daşması səbəbindən suyun altında qalıb. Sakinlər kənddən təxliyyə olunublar.
Masallı Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun məsləhətçisi Nəsib Bağırov Modern.az-a açıqlamasında bildirib ki, çayın daşması nəticəsində xəsarət alan olmayıb.
"Fövqəladə Hallar Nazirliyinin yerli qurumları əraziyə cəlb olunub, hazırda lazımi işlər görülür. Həmçinin hesabat aparılır və mətbuata açıqlama veriləcək", - deyə N.Bağırov vurğulayıb.
Həmçinin oxuyun:
Masallıda kəndi su basdı - Sakinlər təxliyə olundu