Modern.az

Çin avtomobil ixracını artırdı

Çin avtomobil ixracını artırdı

20 Mart 2022, 17:58

Bu ilin yanvar və fevral aylarında Çində yığılan avtomobillərin ixracının həcmi 412 min ədəd təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 75 % çoxdur.

 

Modern.az xəbər verir ki, bunu “Sinxua” agentliyi Çin Avtomobil Sənayesi Assosiasiyasının məlumatına istinadən verib.

 

Məlumata görə, bu ilin ilk iki ayında minik avtomobillərinin ixracı illik ifadədə 84 % artaraq 331 min ədədə çatıb.

 

Təkcə fevral ayında Çində yığılmış 180 000 avtomobil xarici bazarlara çıxarılıb ki, bu da illik müqayisədə 60,8 % artım deməkdir. Lakin yanvar ayı ilə müqayisədə bu göstərici 29 % azalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?