Modern.az

AYB prezidentə ünvanlanmış məktuba cavab gözləyir

AYB prezidentə ünvanlanmış məktuba cavab gözləyir

29 Yanvar 2013, 15:10

“Prezidentə ünvanlanmış məktuba hələ ki, cavab gəlməyib, amma bu məsələ ciddi diqqət mərkəzindədir”. Bunu Modern.az-a açıqlamasında AYB sözçüsü Ədalət Əsgəroğlu bildirib.

 

Xatırladaq ki, bir müddət əvvəl tanınmış yazıçılar, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar prezident İlham Əliyevə müraciət edərək kitaba tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) ləğv olunmasını xahiş ediblər. Yazıçılar dövlət başçısından Azərbaycan yazıçılarının, naşirlərin, kitabçıların arzularını nəzərə alaraq, səlahiyyətinizdən istifadə etməklə ƏDV-nin kitab üzərindən götürülməsinə Sərəncam verməyi xahiş edirdilər.

 

Yazıçılar Birliyinin mətbuat katibi Ə. Əsgəroğlunun sözlərinə görə, Milli Məclisin komissiya sədrləri, eləcə də yazıçı və şair olan deputatları məsələni xüsusi diqqətdə saxlayırlar. “Ümumiyyətlə , bu işin təəssübkeşliyini çəkmək bütün qədirbilən, şeirə, ədəbiyyata qiymət verən insanlara xasdır. Həm də söhbət ədəbiyyatımızın sabahından, yazarlarımızın gələcəyindən gedir. İnanırıq ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq“.

 

Elmin Nuri 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi