Modern.az

Qazaxıstandakı təyyarə qəzasında ölən şəxs azərbaycanlı deyilmiş

Qazaxıstandakı təyyarə qəzasında ölən şəxs azərbaycanlı deyilmiş

29 Yanvar 2013, 16:03

Almatıda Kokşetau-Almatı reysini həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə 21 sərnişin olub. Qəzaya uğrayan təyyarə "Skat" aviaşirkətinə məxsusdur.

Hadisə nəticəsində bütün sərnişinlər və ekipaj üzvü ölüb. İlkin ehtimala görə, təyyarə qəzasına güclü duman səbəb olub.

Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Trend-ə bildirib ki, təyyarədə ölən sərnişinlərdən biri Azərbaycan vətəndaşıdır. Onun adı Əkrəm Nizamovdur.

Qeyd edək ki, yanvarın 29-da saat 13:00 radələrində Almatı şəhərindəki aeroporta çatmağa 5 kilometr qalmış Kokşetau-Almatı marşrutu üzrə 760 saylı aviareysi həyata keçirən "SCAT Aviaşirkəti" SC-nin "Chellenger-200" təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 21 nəfər ölüb.

İlkin məlumata görə, qəzaya səbəb qatı duman olub. Fakt üzrə cinayət işi qaldırılıb. Hadisənin təhqiqatı ilə xüsusi hökumət komissiyası məşğul olacaq.

***

Qazaxıstanda qəzaya uğrayan təyyarədə azərbaycanlının həlak olması barədə məlumat təkzib edilib. Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-a bildirilib ki, Astana Nəqliyyat Prokurorluqdan əvvəlcə yanlış olaraq Əkrəm Nizamov adlı sərnişinin Azərbaycan vətəndaşı olduğu açıqlanıb. Lakin araşdırmalardan və onun hansı sənədlərlə aviabilet alması müəyyən olunduqdan sonra məlum olub ki, Ə. Nizamov Özbəkistan vətəndaşıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU