Kiyev ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə ilə təhlükəsizlik zəmanətinə dair danışıqlar aparır.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
Kulebanın sözlərinə görə, onların bu modeldə mümkün iştirakı ilə bağlı danışıqlar gedir: “Onlar bu ideyaya müsbət yanaşıblar. Bu məsələ hələ müzakirə edilsə də, onların ilkin reaksiyalarından razıyam”,
Ukrayna XİN rəhbəri bunun Kiyevin həmin ölkələrlə müzakirə etdikləri yeganə məsələ olduğunu vurğulayıb.
“Qalan məsələlər isə Rusiya ilə Ukrayna arasındakı danışıqların bir hissəsidir”, - deyə nazir qeyd edib.