Modern.az

Baydenin kortecinə şüşə atdılar

Baydenin kortecinə şüşə atdılar

24 Mart 2022, 17:37

Brüsseldə naməlum şəxs ABŞ prezidenti Co Baydenin kortecinə şüşə atıb. Polislər həmin şəxsi dərhal saxlayıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, insident bu gün yerli vaxtla saat 09:40 radələrində şəhərin mərkəzində ABŞ səfirliyinin binası yaxınlığında baş verib.
 

Hadisəni Brüssel polisinin mətbuat xidməti təsdiqləyib.

 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden NATO sammitində iştirak etmək üçün Brüsseldə səfərdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?