Modern.az

“Taliban”dan kişi və qadınlara yeni QADAĞA

“Taliban”dan kişi və qadınlara yeni QADAĞA

Aktual

27 Mart 2022, 11:41

"Taliban" rejimi istirahət parklarında kişi və qadınların bir arada olmaması üçün yeni qayda tətbiq edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fəzilət Nazirliyinin yeni qaydasına görə, Əfqanıstan İslam Əmirliyindəki istirahət parklarında qadınların yalnız bazar, bazar ertəsi və çərşənbə axşamı, kişilərin isə çərşənbə, cümə axşamı, cümə və şənbə günləri parklarda istirahət etmələri mümkündür.

 

Qadınlar üçün nəzərdə tutulmuş günlərdə onlar baş örtüyü qaydalarına riayət edərək (baş, boyun, saç, bəzi hallarda isə üz və göz qapalı olmalıdır-red.) parklara gedə bilərlər

 

Qadınlar üçün müəyyən edilmiş günlərdə parklarda kişi olarsa və ya kişilərin günündə qadın olarsa, cinayət işi başladılacaq və şəriətə uyğun cəza veriləcək.   

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!