Modern.az

Rusiyanın “Su-34” qırıcısı MƏHV EDİLDİ

Rusiyanın “Su-34” qırıcısı MƏHV EDİLDİ

Aktual

27 Mart 2022, 16:29

Ukraynanın müdafiə qüvvələri İzyum şəhəri yaxınlığında Rusiya təyyarəsini vurub və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücum əməliyyatını uğurla davam etdirir.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat yayıb.

 

O bildirib ki, İzyum istiqamətində döyüşlər gedir: "Bu gün Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İzyum vilayətində Rusiyaya məxsus “Su-34” qırıcısını məhv edib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU