Modern.az

Narkotik satan Gəncə sakini ələ keçdi

Narkotik satan Gəncə sakini ələ keçdi

Aktual

29 Mart 2022, 14:30

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayonun Əhmədalılar kəndində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum edilmiş Yusif Məmmədov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, onun üzərinə və ona məxsus çantaya baxış keçirilən zaman 2 kiloqram 700 qrama yaxın marixuana, 2 kiloqram 300 qramdan artıq metamfetamin və 2 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb və Y.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi