Modern.az

Lerikdə şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub - FOTOLAR

Lerikdə şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub - FOTOLAR

28 Mart 2022, 17:14

Lerik rayonunun Piran kəndində Vətən müharibəsinin şəhidi, gizir Cabbarov Vidadi Cəbrayıl oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və şəhidin yaxınları iştirak edib.

 

Əvvəlcə şəhidin məzarını ziyarət edilib, önünə əklil qoyulub ruhuna dualar oxuyublar. Daha sonra Xatirə bulağının açılışı olub.

 

Qeyd edək ki, Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış gizir Cabbarov Vidadi Cəbrayıl oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi