Modern.az

AZAL Moskvaya uçuşların bərpasını TƏKZİB ETDİ

AZAL Moskvaya uçuşların bərpasını TƏKZİB ETDİ

2 Aprel 2022, 13:32

Yerli KİV və sosial şəbəkələrdə Azərbaycan aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. 

 

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?