Milli Məclisin deputatı Vahid Əhmədov ədliyyə nazirinin müavini Vilayət Zahirova bələdiyyələrlə bağlı sual ünvanlayıb.
Modern.az xəbər verir ki, deputat bu barədə Milli Məclisin plenar iclasında bələdiyyələrin 2021-ci ildəki fəaliyyətinin müzakirəsi zamanı fikir səsləndirib.
"Bələdiyyələrin fəaliyyəti 23 ildir səmərə vermir. Hər il Milli Məclisdə bununla bağlı təkliflər, iradlar bildirilir. Vilayət müəllim, niyə bu məsələləri Azərbaycan hökuməti ilə müzakirə etmirsiniz? İlbəil təkliflər səsləndiririk, amma heç bir tədbir görülmür", deyə deputat vurğulayıb.
Qeyd edək ki, Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəyə çıxarılıb.