Modern.az

Bakıdan bu şəhərə uçuşların sayı artırılır

Bakıdan bu şəhərə uçuşların sayı artırılır

5 Aprel 2022, 17:32

AZAL prezidenti və İsrailin turizm naziri hava əlaqələrinin genişləndirilməsini müzakirə ediblər.

 

Bu barədə Modern.az-a AZAL-dan məlumat verilib.

 

Bilidirilib ki, bu gün AZAL prezidenti Cahangir Əsgərovun və  İsrailin turizm naziri Yoel Razvozovun görüşü keçirilib.

 

Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracağı barədə qərar qəbul edilib. Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib.

 

Görüşün sonunda mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq haqqında razılıq əldə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi