Modern.az

Rejissor Nicat Kazımov: “Əkrəm Əylislinin pyesinə quruluş verməmişəm”

Rejissor Nicat Kazımov: “Əkrəm Əylislinin pyesinə quruluş verməmişəm”

4 Fevral 2013, 16:50

“O tamaşanın heç məşqləri keçirilməyib, premyera necə ola bilərdi ki?” Modern.az-a açıqlamasında bu sözləri quruluşçu rejissor Nicat Kazımov deyib. Onun sözlərinə görə, Əkrəm Əylislinin “Yazığam, sevmə məni” pyesi əsasında hazırlanan tamaşanın premyerasının ləğv edilməsi barədə yayılan məlumatlar əsassızdır. “Bu nə söhbətdir? Bunu kim çıxarıb?

Bu sadəcə bir fikir idi. Tamaşadan söhbət gedə bilməz. Mən fikrimi dəyişdim, Əkrəm Əylislinin “Yazığam, sevmə məni” pyesinin yerinə, başqa bir əsər götürdüm. Yəni bu yaradıcılıq prosesidir”, – deyə rejissor qeyd edib.  

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Əkrəm Əylislinin “Yazığam, sevmə məni” pyesi əsasında hazırlanan tamaşanın premyerasının ləğv edilməsi barədə məlumatlar dolaşmaqdadır. Pyesin ilk məşqləri olsa da, teatr rəhbərliyi hazırkı ajiotajı nəzərə alaraq məşqləri dayandırıb.

Sevinc İLTİFATQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?