Səhiyyə Nazirliyi yuxu pozğunluu olan uşaqlara dərman verilməsinə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib ki, körpələrdə yuxu pozğunluğu tez-tez rast gəlinən haldır.
Onun sözlərinə görə, körpələrə yuxu üçün dərman vermək isə düzgün deyil:
"Bəzən valideynlər körpələrə yatması üçün dərman verirlər. Yemək və yatmaq uşaqlarda vərdişlə bağlıdır. 6 aydan sonra uşağa gecə yemək verməyə ehtiyac yoxdur. Çünki vərdiş yaranır".