Modern.az

Telefona görə imtahandan qovuldu

Telefona görə imtahandan qovuldu

10 Aprel 2022, 16:23

Xəbər verdiyimiz kimi, bu gün keçirilən inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı və Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, dövlət qulluğuna qəbul imtahanında bir iştirakçıda mobil telefon aşkar edilib və imtahandan xaric olunub.

 

Aprelin 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?