Modern.az

ANAMA daha 247 minanı zərərsizləşdirib

ANAMA daha 247 minanı zərərsizləşdirib

Aktual

11 Aprel 2022, 11:47

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.


ANAMA-dan Modern.az-a bildirilib ki, aprelin 4-dən 9-a qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl və Zəngilanda 106 piyada əleyhinə mina, 141 tank əleyhinə mina və 156 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.


Bildirilib ki, 237 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU