Modern.az

Narışkin: “I Pyotr indiki Ukraynanı bilsəydi, məzarında tərs dönərdi”

Narışkin: “I Pyotr indiki Ukraynanı bilsəydi, məzarında tərs dönərdi”

Aktual

11 Aprel 2022, 12:38

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin deyib ki, Rusiya İmperatoru I Pyotr Ukraynanın son üç onillikdə nə vəziyyətə düşdüyünü bilsəydi, indi məzarında tərs dönərdi.

Modern.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Sergey Narışkin I Pyotr ən möhtəşəm hərbi qələbələrdən birini Poltava döyüşündə qazandığını vurğulayıb:

“Düşünürəm ki, o, şanlı kazaklar nəslinin son üç onillikdə bu torpaqları nəyə gətirdiyini öyrənsəydi məzarında tərsinə dönərdi".

Narışkin bu fikirləri bazar ertəsi Moskvada “I Pyotr və onun dövrü” tarixi-sənədli sərgisinin açılışında deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU