"Qida Təhlükəsizliyi haqqında qanunda əks olunan ən vacib məqamlardan biri alternativ ekspertizaların həyata keçirilməsidir".
Modern.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
AQTA sədri sahibkarlıq subyektlərinə müraciət ünvanlayıb:
"Qanun Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına alternativ olaraq özəl laboratoriyaların qurulmasına imkan verir. Sahibkarlar bunu edə bilərlər. Yeni özəl laboratoriyaların yaradılması qida təhlükəsizliyi sahəsində rəqabətliliyin təmin edilməsinə şərait yaradacaq".
Eyni zamanda, Qoşqar Təhməzli "sahibkarların polisdən daha çox AQTA-dan qorxması” haqqında iddialara aydınlıq gətirib:
"Bəzi baytarlıq məhsulları, vaksinlər, bitkiçilik məhsullarını ölkəyə idxal edən minlərlə sahibkar var. Onlar da özlərini etibarlı sahibkar kimi təsdiq ediblər. Düşünürəm ki, təhlükəli fəaliyyəti olmayan sahibkar AQTA-dan qorxmamalıdır.