Modern.az

\"Paşa Bank\"a sədr əvəzi təyin olundu

\

12 Aprel 2022, 17:10

Paşa Bank-ın İdarə Heyəti sədrinin səlahiyyətləri Cavid Quliyevə tapşırılıb. 

 

Modern.az xəbər verir ki, bununla bağlı Paşa Bank məlumat yayıb. Cavid Quliyev buna qədər sədrin müavini vəzifəsini icra edib. 

 

Qeyd edilib ki, yaxın zamanlarda İdarə Heyətinin tam tərkibdə təşkili həyata keçiriləcək və İdarə Heyətinin sədri vəzifəsinə təyinat baş tutacaq.

 

“Taleh Kazımovu bu təyinat münasibəti ilə təbrik edirəm və ona gələcəkdə uğurlar arzu edirəm. Əminəm ki, PAŞA Bankın İdarə Heyəti, Bankın 2020-ci ilin sonunda qəbul edilmiş 2021-2023-cü illəri əhatə edən strategiyasını yüksək səviyyədə icra etməyə davam edəcək” - PAŞA Bankın Müşahidə Şurasının sədri Mir Camal Paşayev bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi