Modern.az

Havada tozun miqdarı normadan artıqdır

Havada tozun miqdarı normadan artıqdır

Aktual

13 Aprel 2022, 11:44

Dünən axşam saatlarından başlayaraq şimal-qərb küləyinin  güclənməsi nəticəsində havada dispers toz hissəciklərinin miqdarında artım müşahidə edilib.

 

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

 

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, havada toz hissəcikləri gecə saatlarında Bakının Xətai  rayonunda normadan 2,6 dəfə, Nizami rayonunda isə 1,4 dəfə çox olub”, - qurum rəsmisi deyib.

 

G.Abbasova qeyd edib ki, 14 aprel tarixində isə  şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsi ilə əlaqədar havada dispers toz hissəciklərinin miqdarının norma daxilinə düşəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi