Modern.az

“12 aprel müşavirəsi mühüm məqamlarla yadda qaldı” - Deputat

“12 aprel müşavirəsi mühüm məqamlarla yadda qaldı” - Deputat

Aktual

14 Aprel 2022, 17:12

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 12 aprel müşavirəsi özünün tarixi və mühüm əhəmiyyətləri ilə yadda qaldı”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, aprel müşavirəsini yalnız 2022-ci ilin geniş xarakterli müşavirə kimi deyil, eyni zamanda üç ayın mühüm hesabatı kimi qiymətləndirmək olar:

 

“Əbəs deyil ki, Prezident İlham Əliyev burada bir sıra aktual mövzular barədə fikirlərini bildirdi, xüsusilə post-müharibə dövrünün bir illik hesabatı barədə də geniş danışdı, təşəbbüslərini irəli sürdü, təkliflərini verdi və eyni zamanda, qarşıda dayanan məsələlər barədə bəyanatlar səsləndirdi. Həmçinin, istər ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, istərsə də xarici siyasət, eləcə də Cənubi Qafqazı əhatə edən regional münasibətlər kontekstində mühüm məqamlara toxundu. Əlbəttə ki, gündəmdə dayanan hər bir məsələlər barədə Azərbaycan xalqının da ciddi marağının olduğunu bilən ölkə başçısı özəlliklə ərazilərimizin bərpası və Böyük Qayıdış kontekstinə toxundu, yeni reallıqlar ətrafında qarşıda dayanan planlar barədə məlumatlar verdi. Belə ki, məhz bu məqsəd 30 il boyunca gözlənilən Zəfərin ən əsas müjdəçisi kimi dəyərləndirilir. Qarabağ zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan iri miqyaslı bərpa və inşaat işlərinin aparılması, eləcə də bir sıra xarici şirkətlərin də bu prosesə cəlb edilməsi göstərir ki, dövlət başçısı uzun illərdir ki, öz dədə-baba yurdlarına həsrət qalan vətəndaşlarımızın tezliklə öz torpaqlarına qayıtmasını hamıdan çox istəyir və bu istiqamətdə nəhəng işlər reallaşdırır”. 

 

“Daha bir faktor beynəlxalq təşkilatların və qurumların Qarabağ Zəfərimizə yüksək qiymət vermələri, habelə Azərbaycanın ədalətli mövqeyinə dəstək göstərmələridir”, - deyən millət vəkilinin sözlərinə görə, bu xüsusda, Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük və əsas beynəlxalq təşkilatı kimi qiymətləndirilən BMT-nin Şuşada keçirdiyi tədbiri barədə əhəmiyyətli fikirlərini irəli sürdü, Ermənistanın və havadarlarının bu kimi tədbirlərə görə hay-həşir salmalarını haqlı olaraq “isterik davranış” adlandırdı.

 

“Çünki fakt həm də ondadır ki, yalnız BMT deyil, həmçinin digər beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər də Qarabağımıza səfərlər edir, oradakı həqiqətləri, əsasən də erməni vandallıqlarını öz gözləri ilə seyr edirlər.  Buna misal kimi, bir sıra xarici səfirlik nümayəndələrinin, dünyanın aparıcı KİV təmsilçilərinin Şuşaya, digər ərazilərimizə səfərlərini göstərə bilərik.

 

O cümlədən, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və son zamanlar müşahidə etdiyimiz Avropa İttifaqının Azərbaycanın ədalətli işinə dəstəklərini müşahidə etməyimizlə bir nəticəyə gəlirik – bütün bunlar Azərbaycan Prezidentinin sarsılmaz qətiyyəti, dönməz iradəsi və müdrikliyi, uzaqgörənliyi sayəsində əldə ediliblər. Ən əsası, xarici siyasət diplomatiyasının uğuru kontekstini də həmin sıralamaya əlavə edə bilərik. Məhz xarici siyasət tandemi bu günün qalib Azərbaycan gerçəkliyini ortaya qoymaqdadır. Təbii ki, strateji uğurumuzun da təməlində həmin dəyərlər dayanmaqdadır. Dövlətimizin başçısı müşavirəsində bu haqda ayrı-ayrılıqda müfəssəl fikirlərini irəli sürdü. Düşünürəm ki, 12 aprel müşavirəsi 2020-ci ildə qazandığımız Zəfərin davamına doğru atılan önəmli addım kimi tariximizə yazıldı”, - deyə deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi