Modern.az

Lahıcdakı uçqunun səbəbi AÇIQLANDI

Lahıcdakı uçqunun səbəbi AÇIQLANDI

Aktual

14 Aprel 2022, 17:04

İsmayıllı-Lahıc avtomobil yolunun sağ hissəsində yerləşən, hündürlüyü təqribən 100 metrə yaxın qayada uçqun baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə barədə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, uçqun hazırda səngiyib.

 

Onun sözlərinə görə, asılı qaya parçalarının yola düşmə ehtimalı azdır.

 

"Yolun sağ tərəfində sürüşmə ehtimalı yoxdur. Təbii ki, qayanın özü yağış, külək və digər səbəblərdən destruksiyaya uğrayır. Buna görə də qayada parçalanma gedir. Klastik parçalanmadan sonra asılı iri qaya parçaları öz dayanıqlığını itirir və uçmayla nəticələnir. Həmin ərazi üçün uçqunların olması klassik davamlı uçma kateqoriyasına daxildir. Bu ərazidə əvvəllər də uçqun prosesi baş verib. Son ayda iki dəfə bu ərazidə uçqunun olmasının səbəblərindən biri də yağıntının çox olmasıdır. Həmin yamacın hamarlanıb bitməsinə qədər uçqun proseslərinin olması ehtimalı var", - deyə Xidmət rəisi vurğulayıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək yolu bağlayıb. Bir müddət sonra yol qaya parçalarından təmizlənib və hərəkət bərpa edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi