Modern.az

Türk tələbənin iddialarına cavab verildi

Türk tələbənin iddialarına cavab verildi

Aktual

18 Aprel 2022, 14:40

Sosial şəbəkə platformalarından olan tvitterdə istifadəçilərdən birinin Azərbaycanda Türkiyə vətəndaşı olan tələbəyə Kliniki Tibbi Mərkəzdə tibbi yardımın və ya tibbi yardım üçün normal münasibətin göstərilməməsi ilə bağlı yazdığı məsələ tərəfimizdən araşdırılıb və belə bir fakt aşkarlanmayıb.

 

Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib.

 

O deyib ki, həmin sosial şəbəkə istifadəçisinin “arkadaşım” deyə xitab etdiyi adamın nə adı, nə soyadı, nə də hansı həkimə müraciət etməsi haqda dəqiq məlumatlar qeyd edilməyib:

 

“Amma bununla belə məlumatı dəqiqləşdirmək üçün Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrindən sorğular toplamışıq. Nəinki ötən gün, hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi tələbənin və ya türkiyəli vətəndaşın müraciəti ilə bağlı məlumat qeydə alınmayıb. O cümlədən, dəfələrlə həmin sosial şəbəkə istifadəçi ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab verilməyib. Bu səbəbdən də yayılan məlumatı əsassız hesab edirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi